azia.az
azia.az

21 NƏFƏR TOYDA TORTDAN ZƏHƏRLƏNDİ-DƏHŞƏT

18-07-2024, 10:15

Toy mərasimləri və ad günlərində bəzən şirniyyatdan da zəhərlənmə halları baş verir.


Məsələn, elə ötən gün Şamaxının Məlikçobanlı kəndində keçirilən toy mərasimində 21 nəfər tortdan zəhərlənib.


Bəs, şirniyyatdan zəhərlənmə hansı hallarda baş verir?




Bakupost.az -ın sualını qida mütəxəssisi İlkin Şirinov cavablandırıb.

O, cavabında tortun tərkibində olan qida əlavələrinin, qatılan qaymağın həcmindən asılı olaraq, saxlanma müddətinin təyin edildiyini bildirib.


Onun sözlərinə görə, tortu maksimum üç gün saxlamaq olar:

“Tərkibində qaymaq olan tort və şirniyyat məhsulları üç gün ərzində yalnız soyutma sistemi olduğu halda saxlanıla bilər. Amma bu saxlanmada soyuq qida zəncirinə əməl olunmazsa, tort və şirniyyatın tərkibində turşuluq əmələ gəlir, müəyyən sulanma prosesi baş verir. Onu alıb yeyən adamlara mədə bulanması, bağırsaq pozğunluğu kimi hallar müşahidə olunur. Bunu da el arasında zəhərlənmə kimi qəbul edirlər”.





İ.Şirinov deyib ki, alınan tortu istehlakçı yalnız marketi tərk etmədən geri qaytara bilər:


“Əgər vətəndaş tort alırkən hava şəraitini nəzərə almasa, təbii ki, tortun tərkibində dəyişiklik olacaq. Təsəvvür edin ki, hava istidir, müştəri tortu alıb, maşında 1-2 saat gəzdirəndən sonra geri qaytarır və onu başqa bir müştəri alırsa, artıq həmin tort xarab olub. Burda heç bir saxlanma şəraitindən, keyfiyyətdən söhbət gedə bilməz”.

Vasif Əlihüseyn
BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi