azia.az
azia.az

“AzerGold” QSC Daşkəsəndə aztəminatlı ailələrə Ramazan sovqatı təqdim edib

9-04-2024, 17:59


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən müqəddəs Ramazan bayramı münasibətiləDaşkəsən rayonunda növbəti sosial yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində QSC-nin əməkdaşları rayonun Quşçu kəndi və eyniadlı qəsəbəsində yaşayan aztəminatlı ailələriziyarət ediblər. Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşıyır.Cəmiyyəthasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi,rifah halının yaxşılaşdırılması istiqamətində davamlı olaraq sosial layihələr icra edir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi