azia.az
azia.az

Silahlı şəxs bankı qarət edib - FOTO

8-02-2024, 08:48

Rusiyanın Yekaterinburq şəhərində, Malışeva küçəsi 75 ünvanında yerləşən “Metallinvestbank”a silahlı hücum olub.

Bu  barədə ura.ru saytı məlumat yayıb.

Bankın bağlanmasına az müddət qalmış silahlı şəxs məkana daxil olub.

Bank işçiləri soyğunçuya müqavimət göstərməyərək onun istəyini yerinə yetiriblər. Nəticədə 1 milyon rublu (18 min 800 AZN) götürən silahlı şəxs hadisə yerindən qaçıb.


QALEREYA


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi