azia.az
azia.az

Çin şirkəti daha 3 elektrikli avtomobil buraxacaq (FOTOLAR)

28-09-2023, 15:00

Çinin elektrikli avtomobil istehsalçısı "Hozon Neta" 2025-ci ilə qədər üç yeni model təqdim edəcək. 

Poliqon xəbər verir ki, bu barədə carnewschina.com məlumat yayıb.

Qeyd olunur ki, hazırda şirkətin beş modeli var. Bunlar "Neta Aya", "Neta U" və "Neta V" krossoverləri, həmçinin "Neta S" və "Neta GT" sedanlarıdır. İki il ərzində onlara "Neta X" modeli və sınaqlarına bu yaxınlarda başlanmış EP32 kod adlı SUV qoşulacaq. Şirkətin icraçı vitse-prezidentinin sözlərinə görə, modellər Şanxay 2.0 platformasında qurulacaq. Üçüncü avtomobil çox güman ki, EP34 indeksinə malik olacaq.

Hazırda Çin bazarında bu il görünməli olan "Neta X" krossoveri haqqında əlavə məlumat dərc olunub. "Neta X" uzunluğu 4619 mm olan elektrik yolsuzluq avtomobilidir. Avtomobil 163 at gücünə malik elektrik mühərriki ilə təchiz edilib.

EP32 kod adlı yolsuzluq avtomobili 231 at gücünə malik elektrik mühərriki ilə təchiz edilib. Avtomobilin rəsmi adı daha sonra açıqlanacaq.
Üçüncü model haqqında hələ heç nə məlum deyil.

Paşa Məmmədli





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi