azia.az
azia.az

Dinşünas: "Məhərrəm ayında toy etməyin heç bir qəbahəti yoxdur"-TƏFƏRRÜAT

21-07-2023, 09:36


Dünəndən etibarən Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi?, etməyəkmi?” sualı ətrafında müzakirələrə start verilib.

Dinşünas Elşad Miri isə açıqlamasında bildirib ki, məhərrəm ayında toy etməyin heç bir qəbahəti yoxdur: “Azərbaycanın müxtəlif bölgələrində illərdir, əsirlərdir ki, məhərrəmlikdə toy edilib və bu onların ailəsinin dağılmasına, boşanmalarına, uşaqlarının olmamasına, müəyyən uğursuzluqların baş verməsinə gətirib çıxarmayıb. Bunlar nağıllardır, uydurmadır. Qurani-Kərimdə hansı ayda toy edib etməməkləri ilə bağlı bir məsələ varmı? Xeyr, yoxdur. Məhəmməd peyğəmbərin dövründə hansısa ayda toy etməmək anlayışı varmı? Təbii ki, yoxdur. Məhəmməd peyğəmbərimizin sağlığında 3 qızı, xanımları, 3 oğlu və yaxınları vəfat edib. O bununla bağlı hər hansı bir məsələ qaldırmayıb ki, biz bu günlər toy-şadlıq etməyək və ya şənlənməyək. Heç bir zaman belə bir şey olmayıb”.

Elşad Miri qeyd edib ki, məhərrəm ayında toy etmək bədbəxtlik gətirir və ya digər bu tipli deyimlərin hamısı əsassızdır və absurd düşüncədir.  Referans.az 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi