azia.az
azia.az

Mərhum aparıcının müalicə xərclərini iş adamı Mübariz Mənsimov ödəyib

21-07-2023, 08:52


 Qənirə Ataşova rəhmətə gedən həmkarı Natəvan Babayeva haqqında sosial media hesabında bəzi məqamları açıqlayıb. O, N.Babayevanın müalicəsinin xərclərini azərbaycanlı iş adamı Mübariz Mənsimovun qarşıladığını bildirib: "Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Mənsimov xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natəvan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Mənsimova Natəvanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm. Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natəvanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun!

Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq".

Qeyd edək ki, Natəvan Babayeva uzun sürən onkoloji xəstəlikdən sonra 46 yaşında vəfat edib.       


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi