azia.az
azia.az

Elektronika mallarının satışı şirkətləri və servis mərkəzləri ilə görüş keçirilib

20-07-2023, 18:38


Şirkətlərə istehlakçı şikayətlərinə baxılma prosedurlarının müəyyənləşdirilməsi,çağrı mərkəzlərinin effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması tövsiyə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika mallarının satışı iləməşğul olan şirkətlər və onlarla müştərək fəaliyyətgöstərən servis mərkəzlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə istehlakçıların əyani və onlayn qaydada keyfiyyətli mal, iş və xidmət əldə etmək hüquqları, məişət təyinatlı mürəkkəb texniki malların satışınadair tələblər, təminat və zəmanət öhdəlikləri barədə ətraflı məlumat verilib. 

Bildirilib ki, şirkətlərdə istehlakçı şikayətlərinə baxılma prosedurunun, daxili reqlamentlərdə bu müraciətlərlə əlaqədar riskportfelinin və ekspertiza qaydalarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin fəaliyyəti üzrə effektivliyin artırılması vəvətəndaş sorğularının operativ cavablandırılması zərurət təşkil edir. Əlavə olaraq, elektronika mallarının Azərbaycandilində tərtib olunmuştexniki pasportlarıvə ya  məhsulun əsasxüsusiyyətləri barədəqısa mətnin hazırlanaraq istehlakçılaratəqdimolunması, qüsurlu malların texniki müayinəsi zamanı alıcının iştirakının təminedilməsi tövsiyə edilib. 

Sonda tədbir iştirakçılarının istehlakçı hüquqlarına dair qanunvericilikdə nəzərdə tutulmuş hallarla bağlı sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi