azia.az
azia.az

16 milyonluq mənimsəmə-Keçmiş direktoru həbs edildi

5-07-2023, 09:35

"SOCAR-AQŞ" MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib. Pravda.az “Qafqazinfo”ya istinadla bildirir ki, R.İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi açılıb. 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə "SOCAR-AQŞ" MMC-nin baş direktoru vəzifəsindən azad edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi