İranlı jurnalistdən AĞIR SÖZLƏR: “Xalqın yarasına duz səpməyin”
İranlı jurnalist ruhanilərə səslənib: “Xalqın yarasına duz səpməyin”
Sosial məsələlər üzrə tədqiqatçı, islahatçı jurnalist Abbas Əbdi ruhaniləri və cümə imamlarını xalqın problemlərinə laqeydlikdə suçlandırıb:
“Xalqın yarasına duz səpməyin. Çiynindən hər hansı yükü götürə bilmirsinizsə və ya götürmək istəmirsizsə, heç olmasa, xalqın yükünü artırmayın.
İranın geri qalmasını əsaslandırmaq üçün xalqın qənaətcil olmadığını deyirsiz və buna misal Çinin inkişaf səbəbi kimi bu ölkə xalqının gündəlik iki dəfə yemək yediyini bildirirsiz. Ölkənin geri qalmasının səbəbi bu deyil.
Guya bilmirsiz ki, Çinin inkişafı siyasi və iqtisadi islahatlar nəticəsində olub? Yeri gəlmişkən, özünüz gündə iki dəfə yemək yeyirsiz? Hələ durub başınızı bir tibb sahəsinə də uzadırsınız, “islami həkim” və “islami tibb” anlayışlarını təbliğ edirsiz və özünüzə bu yolla yaxşı da qazanc qaynağı yaradırsız.
Bu, azmış kimi, psixologiya, siyasət, tarix, sosiologiya, iqtisadiyyat və sair səhələr barədə də elmi əsası olmayan fikir bildirirsiz. Hətta zəlzələnin qadınların hicaba riayət etmədiklərinə və çılpaq geyimlərinə görə baş verdiyini iddia edirsiniz.
Maaşlar artırılmır, hələ azaldılmasını da müşahidə edirik. Bu, xalqın cibinə əl uzatmaq və hakim təbəqəyə ötürməkdir. Cari ildə maaşlar və ödənişlər 2022-ci ilə görə azalıb. Bu səbəbdən xalq həmin nisbətlə yaşam səviyyələrini endirməyə məcbur olub. Bu ifadələriniz və mövqeyiniz sizin heç nə bilmədiyinizi sübut edir”.