azia.az
azia.az

Həcc ziyarəti zamanı minlərlə insan bu vəziyyətə düşdü

30-06-2023, 09:17

Səudiyyə səhrasında temperatur 48 dərəcəyə çatıb. Bu da Həcc zamanı 2000-dən çox insana təsir edib.

Xəbər verilir ki, Həcc ziyarətini 1,8 milyondan çox müsəlman yerinə yetirib. 

Məlumata görə, COVID-19 pandemiyası zamanı maksimum yaş həddi götürüldükdən sonra zəvvarlar arasında çoxlu yaşlı insanlar olub.

Səudiyyə rəsmiləri bildiriblər ki, cümə axşamı günü 1700-ə yaxın günvurma hadisəsi qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyi zəvvarları kölgədə durmağa və bol maye içməyə çağırıb.

Rəsmilər ölənlərin sayını açıqlamasa da, lakin çoxu İndoneziyadan olan ən azı 230 nəfər Həcc ziyarəti zamanı ölüb.

Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyanın baş konsulu Eko Hartononun sözlərinə görə, ziyarət zamanı azı 209 indoneziyalı həyatını itirib.

O bildirib ki, indoneziyalı zəvvarların çoxunun istidən öldüyünü demək doğru deyil, ölüm səbəbləri əsasən ürək və tənəffüs yolları xəstəlikləri ilə bağlıdır.

Səudiyyə hökuməti risklərlə mübarizə aparmaq üçün səhra xəstəxanaları açıb.

İqbal Rzayev,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi