azia.az
azia.az

Azərbaycanda dəhşətli hadisə-5 nəfər öldü

26-06-2023, 09:48

Azərbaycanda dəhşətli hadisə baş verdi - 5 nəfər öldü!

Azia.az  APA-ya istinadən xəbər verir ki, Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.

Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir.

Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir. 

Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 4 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi