Anasını öldürüb, başını küçəyə atan görün kimdir-DƏHŞƏT
Türkiyənin Bağcılar adlı bölgəsində dəhşətli cinayət hadisə baş verib.
Xəbər verilir ki, anasını işgəncə verərək öldürən Ali Sayan adlı şəxsin narkotok maddənin təsiri altında olduğu məlum olub. Məhkəmədə sorğu-sual zamanı Ali Sayan narkotik maddədən istifadə etdiyini etiraf edib. Ali Sayan anası ilə heç vaxt pul problemlərinin olmadığını da bildirib. Hakimin hadisəni necə törətdiyi sualına isə "heç nəyi xatırlamıram" deyə cavab verib.
Mərhumun həyat yoldaşı və digər oğulu da məhkəmə prosesində iştirak edib.
Ali Sayanın atası " Hadisə baş verən zaman mən işdə olmuşam. Oğlumun psixoloji problemlərinin olduğunu və narkotik maddə aslılıığının olduğunu bilirdim. Sağalması üçün onu xəstəxanaya da aprdım lakin faydası olmadı. 24 gündən sonra evə gəldi" deyə bildirib.
Ali Sayanın qardaşının ifadəsi ilə cinayətkarın hadisəni törətdikdən sonra evi yandırması da məlum olub.
Qeyd edək ki, ailə üzvləri Ali Sayandan şikayətçi olmadıqlarını bildiriblər.