azia.az
azia.az

Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası uğurla başa çatıb

23-06-2023, 06:53

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun magistrantlarının yay imtahan sessiyası başa çatıb.

22 iyun 2023-cü il tarixində institutun “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə təhsil alan I kurs magistrtanları – Mustafayeva Nübar İlham qızı, Aslanova Vəfa Xəyyam qızı və Əliquliyeva Qönçə İlham qızı “Kompozisiya materiallarının kimyası” fənni üzrə imtahanda iştirak ediblər. İmtahanı fənni tədris edən kimya üzrə fəlsəfə doktoru, dosent Səidə Məmmədli götürüb. İmtahan qüvvədə olan təlimatlara uyğun həyata keçirilib və müvəffəqiyyətlə başa çatıb. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi