azia.az
azia.az

“Səbail”in icraçı direktoru istefa verdi

20-06-2023, 15:17

“Səbail”in icraçı direktoru Fərəc Əliyev vəzifəsindən istefa verib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, o, Müşahidə Şurasının iclasında qərarını açıqlayıb.

F.Əliyev bunu komandanın ötən mövsüm uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirib. Paytaxt təmsilçisi bu istefanı qəbul edib. Lakin razılığa əsasən, yeni icraçı direktorun təyinatına qədər o, vəzifənin icrasını müvəqqəti yerinə yetirəcək.

Baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda komandanın 2023/2024 mövsümünə hazırlığı ilə bağlı planlar da müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi