azia.az
azia.az

Yağıntılı hava şəraiti iyunun 21-dək davam edəcək

19-06-2023, 09:22

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək. Qaynarinfo xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 
O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

G. Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək, Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi