azia.az
azia.az

Turizm dələduzluğu başladı - GİLEY

16-06-2023, 23:45

DİA.AZ: - "Şəkildə olan “şirkət” barədə danışacam. Ötən ilin sentyabr-oktyabr ayında yaxın dostum bu şirkətə ilkin ödəniş edib Türkiyədə istirahət üçün bilet bron etmişdi. Danışıq da belə olmuşdu ki, Türkiyəyə getməyəcəyi təqdirdə bir ay öncədən məlumat veriləcək və pul qayıdacaq". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Sezonu gəldi: turizm dələduzluğu da başladı

Daha sonra narazı vətəndaş yazır: "Artıq 9 aya yaxın müddətdir ki, bu adam ortada yoxdur. Nömrələri yalnız whatsapp tətbiqində qeydiyyatdadır. Ora da cavab vermir, çox yazanda da bloka atır. 1-2 dəfə zəngə cavab verib pulu qaytatacağını desə də, ortada nə pul var, nə də özünü Vüsal olaraq təqdim edən şəxs. Məndə yazışmalar da var. Bu adama inanmayın. Safa travel adından da istifadə edir. Məndə bunun 2 nömrəsi var. 1000 azn pul götürüb. Polisə də şikayət olunub məsələ ilə bağlı..."

Sezonu gəldi: turizm dələduzluğu da başladı

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi