azia.az
azia.az

"Şüa idman kompleksi"ndə DƏLƏDUZLUQ - GİLEY

7-07-2022, 15:13

"Şüa idman kompleksi"ndə DƏLƏDUZLUQ - GİLEY
"Şikayətim Koroğlu Rəhimov 19 ünvanında yerləşən "Şüa idman kompleksi"ndəndir". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ramin Kərim adlı istifadəçi giley edir.

"Şüa idman kompleksi"ndə DƏLƏDUZLUQ - GİLEY
Daha sonra narazı vətəndaş yazır: "1 ay əvvəl həmin mərkəzə oğlumu üzgüçülüyə yazdırmışdım. bizdən 1 aylıq 80 manat aldılar. Sonradan öyrənirik ki, əslində həftədə 3 dəfə gedişlə 70 manat imiş. Yəni 10 manat ya oranın işçisi, ya da rəhbərlik səviyyəsində təşkil olunaraq, müştəriyə görə əlavə ödəniş alıblar. Bundan əlavə bizə dedilər ki, 12 gediş olacaq 1 aya. Bugün bizim hesablamamıza görə 11-ci gediş olmalı idi, lakin, girişdə artıq gedişlərimizin bitdiyini dedilər.
"Şüa idman kompleksi"ndə DƏLƏDUZLUQ - GİLEY
Qeydiyyatdakı Elvira xanıma (əgər yolunuz düşsə bilin - sarışın qadındır, bizi aldadıb, əlavə 10 manat alan odur, halbuki pula ehtiyacı olduğunu desəydi artıq verərdim, amma belə yollarla düzgün deyil.) dedim ki, sistemə baxın, düzgün hesablamamısız, bizdə 11-ci gediş olmalıdır, zatən 10 manat əlavə almısız, barı haqqını verin, ədalətli olun! Elvira xanım baxdı sistemə, əsl komediya bundan sonra başladı, deməli uşaq getmədiyi günlərə gediş yazıblar. Belə ki, bizim günlərimiz 1-3-5 idi. Amma bunlar gəlmədiyimiz bazar günlərinə də gediş yazıblar. Və həmin xamın üzümə durur ki, həmin günlərdə gəlmisiz. Mən də deyirəm ki, ay xanım mümkün deyil, kameralarınız varsa baxın, sisteminizdə xəta ola bilər. Nəysə qısacası heç cürə isbat edə bilmədik ki, həmin günlərdə biz gəlməmişik.
Qısacası dəyərli üzvlər, həmin idman mərkəzindən istifadə edərkən bir neçə dəfə düşünün.

Mənim üçün 5- 10 manatın önəmi yoxdur, amma mənə edilmiş bu haqqsızlığa görə onlara haqqımı halal etmirəm".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi