azia.az
azia.az

İcra başçısının polkovnik oğlu işdən çıxarıldı

16-06-2023, 23:36

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri baş tutub.

Azia.az manset.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə polkovnik Coşqun Əhmədzadə tutuğu vəzifəsindən azad edilib. Digər əmrlə Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib. 

Tariyel Alverdiyev son təyinata qədər Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, Coşqun Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi