azia.az
azia.az

Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

16-06-2023, 23:21


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun magistrantlarının yay imtahan sessiyası davam edir.

16 iyun 2023-cü il tarixində institutun “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə təhsil alan I kurs magistrtanları – Mustafayeva Nübar İlham qızı, Aslanova Vəfa Xəyyam qızı və Əliquliyeva Qönçə İlham qızı “Polimerlərin sintezi və tədqiqi” fənni üzrə imtahanda iştirak ediblər. İmtahanı fənni tədris edən AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov götürüb. İmtahan uğurla başa çatıb.

 Sonuncu imtahan 22 iyun tarixində “Kompozisiya materiallarının kimyası” fənni üzrə keçiriləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi