Bir qadın iki ay fərqlə iki dəfə lotereya qazandı
xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan qadın iki ay fərqlə lotereyada qalib gələrək ümumilikdə 2 milyon dollar qazanıb.
Bildirilib ki, noyabr ayında 500 dollara 500X The Cash lotereya oyununu alan 41 yaşlı Altovise Morris 1 milyon dollarlıq cekpotu qazandıqdan sonra lotereya rəsmiləri ilə “Mən qayıdacağam” deyərək zarafat edib.
Lakin Morrisin zarafatı iki ay sonra gerçəkləşib.
Yanvar ayında yenə eyni oyunu oynayan Morris bir dəfə də lotereya mərkəzinə gedərək ikinci 1 milyon dollarlıq uduşunu qazandığını açıqlayıb.
“Mən hələ də bunun baş verdiyinə inana bilmirəm”, – uduşunu almaq üçün gedən şanslı qadın lotereya rəsmilərinə deyib.
İlk bonusunun demək olar ki, hamısını yeni evə xərclədiyini deyən Morris, ikinci 50 dollarlıq bileti alanda yeni evini aldığını bildirib.
Florida Lotereyası 500X The Cash oyununda iki dəfə udmaq ehtimalının 71,6 milyardda 1 olduğunu açıqlayıb.
Vergilər çıxıldıqdan sonra Altovise Morrisə ümumilikdə 1 milyon 640 min dollar ödənildiyi bildirilib.
Mənbə: TrtHaber
Aynur Camal