azia.az
azia.az

“İdeal”ın keçmiş sahibinin şikayəti rədd edildi

6-06-2023, 19:20

“İdeal” mağazalar şəbəkəsinin (indiki ADORE) keçmiş sahibi İlqar İsmayılovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Ali Məhkəmə əvvəlki instansiyanın qərarında qeyri-dəqiqliyin olmadığını, prosedura və qanunauyğun olduğunu əsas gətirərək, şikayəti rədd edib. Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-cı illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. İ.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi