azia.az
azia.az

ATIŞMA, 7 polis yaralandı -TƏCİLİ

5-06-2023, 09:14

Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb.

Xəbər verilir ki, hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb. 

Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaraları alıblar.

Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi