azia.az
azia.az

"Bar qızları evdar qızlardan hörmətli olub..."

1-06-2023, 16:19

Çox oxumaqla deyil. Heç çox yaşamaqla da deyil. Məsələn, mənim yaşım az deyil, ömür vəfa etsə, bu gün-sabah yarım əsri geridə qoyacam. Oxuduğum kitabların sayı da az deyil. Amma elə mətləblər var ki, bu günə kimi ondan xəbərsiz olmuşam. 

Bu dəfə günahımdan keçin... 

Dünən bilmişəm ki, Azərbaycanda Razi Əliyeva adlı model varmış. Sən demə, bu modelin Ziya adlı sevgilisi də varmış. Ziyanın çoxlu pulu, həm də vuran əli varmış. Razinin yaydığı şəkillərdən aydın olur ki, Ziyanın işi-gücü onu çırpmaq imiş. Bəs bir qadını döymək haqqını ona kim verib? 

Dünən bu sualın cavabını da öyrəndim. Jurnalist həmkarlarımın yazdığına görə, Ziya Raziyə 230 min manatlıq maşın alıb. Vəziyyət təxminən belədir: Pulum var, istərəm sevərəm, istərəm döyərəm...

Bu söhbət ürəyimi bulandırmasaydı, sizə daha çox məlumat verə bilərdim. Mənim, sizin kimi sadə, təvazökar insanların bu mövzuda bilmədiyi o qədər məqamlar varmış... 

Tamaşaçıların Tolik kimi tanıdığı jurnalist Tarix Əliyev dünən canı efirdə deyib. Bəli, məhz belə deyib: "Razi cavan qızdır, kasıb təbəqə bunu bilməz, varlı təbəqəyə aid olan oğlanlar gecələr Bakının ən bahalı klublarında əylənirlər və bu qızlar da əylənməyə oraya gedirlər. Çünki onlar elit təbəqə sayılırlar. Sən qıza 230 minlik maşın almısan, bu maşını alanda, onu müxtəlif ölkələrdə gəzdirəndə qabaqkı taleyini bilmirdin?" 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi