azia.az
azia.az

Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib

31-05-2023, 17:59


Azərbaycan Metrologiya İnstitutu ilə Qazaxıstanın və Özbəkistanın Milli Metrologiya İnstitutları arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəfəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutununnümayəndələriAstana şəhərinə səfər ediblər. Səfər çərçivəsindənümayəndə heyəti Qazaxıstanda metrologiya sahəsinin 100 illiyi münasibətilə keçirilən“Ölçmələr qlobal etimadın əsası kimi”beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Konfrans çərçivəsində iştirakçı dövlətlər Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının(COOMET) 34-cü iclasına qoşulublar. İclasdarəqəmsal həllərin tətbiqi,ekspertlərin hazırlanması, sahə üzrə əməkdaşlıq sazişləri və yol xəritələri müzakirə edilib, iştirakçı ölkələrdə metrologiya sisteminin inkişafı üçün strategiya və tövsiyələr təklif olunub.

 

Tədbir zamanı Özbəkistan Milli Metrologiya vəQazaxıstan Standartlaşdırmavə Metrologiyaİnstitutları ilə Azərbaycan Metrologiya İnstitutuarasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritələri imzalanıb. Sənədlərə əsasən, tərəflər arasında yeni etalonların alınması,ölçmə vasitələrinin tipinin təsdiqi, sınaq və kalibrlənmə metodikalarının hazırlanması,metrologiya sahəsindəresurslardan səmərəli istifadə, bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlər və digər sahələrdə əməkdaşlıqlar təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi