azia.az
azia.az

“Biz Türkiyəyə F-16-ların tədarükünü İsveçin NATO üzvlüyü ilə əlaqələndirmirik”

31-05-2023, 08:26

Blinken: “Biz Türkiyəyə F-16-ların tədarükünü İsveçin NATO üzvlüyü ilə əlaqələndirmirik”

ABŞ Konqresinin bəzi üzvləri F-16 qırıcılarının Türkiyəyə çatdırılmasını Ankaranın İsveçin NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiyası ilə əlaqələndirirlər.

 

Bu barədə çərşənbə axşamı ABŞ-nin dövlət katibi Entoni Blinken İsveçin baş naziri Ulf Kristerssonla Lulea şəhərində keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

“Biz, ABŞ Prezidenti Co Baydenin administrasiyası, bu iki məsələni bir-biri ilə əlaqələndirmirik, lakin Konqresin bəzi üzvləri bunu əlaqələndirirlər. Onlar F-16 məsələsindəki irəliləyişləri İsveçin NATO-ya daxil olması ilə bağlayırlar. Konqres bərabərhüquqlu və müstəqildir, səlahiyyətli orqandır və onun səsi bu cür qərarların verilməsində təbii ki, kritikdir. Amma bizim nöqteyi-nəzərimizdə bu iki məsələnin ən qısa zamanda irəliləməsi lazımdır”, - deyə Blinken qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi