azia.az
azia.az

Hamilə qadını döyüb bu hala salan görün kimdir? - FOTO

30-05-2023, 15:40

Saatlı rayonunda hamilə qadın döyülüb.

 

Hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.

 

T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: “Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər”. 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: “Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

 

Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi