azia.az
azia.az

Ayıya ölüm hökmü kəsildi-Məhkəmədən ilginc

27-05-2023, 09:27

Aprelin əvvəlində İtaliyanın Alp bölgəsində 26 yaşlı idmançını ayı parçalayıb. 

Xəbər verilir ki, hadisədən iki həftə sonra qonur ayı tutulub.

Məlum olub ki, dişi ayı dağlıq ərazidə qaçan kişiyə hücum edib.

İnzibati məhkəmə heyvanı evtanaziya ilə ölüm cəzasına məhkum edib. Trento şəhərinin hakimlər kollegiyası evtanaziya ilə bağlı məhkəmə qərarına etirazından sonra hökmün icrası iyunun 27-dək təxirə salınıb.

Qeyd edək ki, heyvan hüquqları müdafiəçiləri ayının insanlar üçün təhlükə yaratmayacağı sığınacağa köçürülməsini tələb edib. Onlar iddia edirlər ki, ayı balaları yaxınlıqda olduğuna görə idmançıya hücum edib. Mərhumun yaxınları da heyvanın öldürülməsinə qarşı çıxıb.

İqbal Rzayev,

KONKRET.az 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi