Ailəyə bağlı olan 3 bürc
Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.
Buğalar güvənilir biridir. Bu bürc altında olan insanlar mənəvi dəyərlərə üstünlük verirlər. Evlilik onlar üçün müqəddəs olur. Xəyanəti əsla sevməzlər.
Xərçənglər də ailəyə bağlı olurlar. Ailəni sevərlər. Ailə üzvlərini hər vəchlə qorumağa çalışarlar. Xəyanətdə nifrət edərlər.
Qızlar düzənli həyatı sevərlər. Ailəyə böyük dəyər verərlər. Özləri də ailədə sevilməyə can atarlar. Ailədən kənar qalmağı sevməzlər. Bu bürc altında doğulan qadınlar daha çox ailəcanlı olurlar.