azia.az
azia.az

“Aqrarkredit BOKT” kreditə görə "Akkord"un şirkətini - MƏHKƏMƏYƏ VERDİ

26-05-2023, 09:05

“Aqrarkredit BOKT” QSC "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC -ni məhkəməyə verib.

DİA.AZ xəbər verir ki, iddia müqavilələrdən (kredit) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyeva tərəfindən araşdırılacaq.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib. Şirkət yaşayış binalarının tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin və infrastruktur layihələrinin tikintisi, inşaat materiallarının istehsalı və email ilə məşğul olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi