azia.az
azia.az

Nazirliyin əməkdaşına atəş açılması ilə bağlı saxlanılan var

22-05-2023, 18:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O bildirib ki, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb.

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi