azia.az
azia.az

Maştağada azyaşlıların düşdüyü quyu SOCAR-a məxsusdur? - RƏSMİ CAVAB

18-05-2023, 17:38

Xəbər verdiyimiz kimi, ötən gecə Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər.

Xəbər verilir ki, sosial şəbəkələrdə iddia edilir ki, həmin quyu SOCAR tərəfindən qazılıb. Qeyd edilir ki, həmin ərazidə bu formada quyular var, nəzarətsiz qalıblar və üstləri açıqdır.

Məsələ ilə bağlı  SOCAR-dan bildirilib ki, yayılan iddialar doğru deyil: "Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk", - deyə məlumatda qeyd edilib. Metbuat.az

Gülər Seymurqızı




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi