azia.az
azia.az

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

18-05-2023, 17:34

“Visa” beynəlxalq kart təşkilatında baş vitse-prezident, Mərkəzi və Şərqi Avropa-Yaxın Şərq-Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyinat olub.

Bu vəzifə Tariq Abdullaya həvalə edilib.

CEMEA regionuna Azərbaycan da daxildir və T.Abdulla şirkətin Dubaydakı (BƏƏ) ofisində çalışacaq.

T.Abdullanın biznes sektorunda 20 ildən artıq iş təcrübəsi var və bundan əvvəl Yaxın Şərq- Afrika-Cənubi Asiya regionunda “TikTok”un baş meneceri kimi 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib. O, həmçinin 10 il ərzində “Google” şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarında marketinq komandalarına rəhbərlik edib.report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi