azia.az
azia.az

Bakı-Tbilisi-Qars dəmir yolu bağlanıb? - RƏSMİ

16-05-2023, 19:54

“Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb”. 

"Sputnik Georgia"yanın yaydığı xəbərdə qeyd edilib ki, səbəb baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır. Dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. 

Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimindədir. Gürcüstan sektorunda işlərin təxminən 86 faizi yerinə yetirilib. Ötən ilin dekabrında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirmişdi ki, bu il layihəyə əlavə 100 milyon dollar sərmayə qoyulacaq və onun möhtəşəm açılışı 2024-cü ildə baş tutacaq. 

Qeyd edək ki, məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bu məlumatın həqiqəti əks etdirmədiyi bildirilib:

“Tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işləri aparılır”. 

Qeyd edilib ki, təmir-bərpa işləri ilə əlaqədar yolun müəyyən hissəsində hərəkət məhdudlaşdırılıb. 

Nigar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi