azia.az
azia.az

Azərbaycanda çox kişilər evə çörək almasa da, “Afrika şiri” alır–Androloq

15-05-2023, 09:46

Müasir gənc kişilər cinsi münasibət zamanı Atom, Viaqra, Afrika şirikimi həvəsləndirici preparatlardan getdikcə daha çox istifadə edirlər.

Lakin çox insanlar bu dərmanların istifadəsindən sonra ürək tutmasından ölür. Azərbaycanda belə dərmanlar 1993-cü ildən bu yana açıq satışa çıxarılıb.
Bura xüsusi məcunlar, tabletlər aiddir. Bu dərmanların tərkibində silqonapil var.



“Medicina” xəbər verir ki androloq Ruslan Qüdrətovunsözlərinə görə, hazırda cavanlar belə vasitələrəçox meyillidir.

Səbəb isə özgüvənliyin olmamasıdır. Androloq bildirir ki, elə kişilər də var ki, evə çorək almasa belə, mütləq Viaqraalır. Çünki onlar artıq dərmanlardan asılı insanlardır.

“Belə dərmanlar ürəklə bağlı problemləri olan insanlar, ürək dərmanlarından, antibiotik dərmanlardan istifadə edən insanlar üçün ağır, acı nəticələr verə bilər.

Bu dərmanların əlavə təsirləri də var. Özəlliklə baş ağrıları, oynaq ağrıları, əzələ ağrıları, təzyiqin oynaması çox geniş yayılıb. Buna görə də cavanlar belə dərmanlardan çəkinməlidirlər.

Bu gün istifadə etdikləri 100mqViaqra bir müddət sonra onlara təsir etməyəcək. Bunlar həkim nəzarəti altında qəbul olunmalıdır. Hər hansı bir psixoloji və fiziki problemləri zamanında müalicə elətdirmək daha məsləhətlidir”.

Günay Quluzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi