Separatçılar HİDDƏTLƏNDİ: "General Lentsov Bakıda heç bir nəticə əldə etməyib"
“Rusiya sülhməramlı kontingentinin komandanı, general-polkovnik Lentsovun Bakıda apardığı müzakirələr heç bir nəticə verməyib”.
Bu barədə terrorçu qurumun oyuncaq “dövlət naziri” Qurgen Nersisyan Facebook səhifəsində yazıb.
O qedy edib ki, görüşün nəticəsi olaraq Xankəndi-Laçın yolunun yaxınlığındakı Azərbaycan sərhəd-keçid məntəqəsində vəziyyətlə bağlı heç bir dəyişiklik qeydə alınmayıb.
Separatçı iddia edir ki, yaxın vaxtlarda yeni görüş planlaşdırılır.
Günel Mikayılova,
KONKRET.az