Bu yanğına görə 30 milyon dəyərində sığorta pulu! - DETALLAR / FOTO
“Azərsun Sənaye Parkı”nda bu ilin aprel ayında baş vermiş yanğınla bağlı ödənişin həcmi dəqiqləşib.
Valyuta.Az-ın sığorta bazarından əldə etdiyi məlumata görə, “Azərsun Sənaye Parkı”nda "Sun Food" MMC-yə aid olan anbarlara dəyən ziyan üzrə 30 milyon manat civarında sığorta ödənişi müəyyənləşdirilib.
Ötürülmüş risklər üzrə Almaniyanın təkrarsığorta şirkəti "Hellman&Friedman" 29 milyon ödəniş həyata keçirəcək. Zərərin bir milyon manatlıq hissəsi isə “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Sığorta” tərəfindən qarşılanacaq. Ödənişin qarşıdakı bir ay ərzində həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu məbləğ Azərbaycanın müstəqillik dövründə ikinci ən böyük sığorta zərəri hesab edilir. Ən böyük zərər isə bu yaxınlarda kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal edilən və sıradan çıxan "Azersky" peyki ilə bağlıdır. Zərərin həcmi 50 milyon manat təşkil edir.
İlqar