azia.az
azia.az

MƏŞQÇİNİN 7 YAŞLI UŞAĞI ÖLDÜRMƏSİ ANI-AZƏRBAYCANI AYAĞA QALDIRDI(VİDEO)

2-05-2023, 09:37

Sumqayıtda məşqçinin 7 yaşlı uşağın ölümünə səbəb olması cəmiyyəti silkələyib. Ölkənin sosial şəbəkədə olan fəalları qatilə ən ağır cəza tələb edir. Tribunainfo.az yazır ki, hadisə Sumqayıtda olub. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sosial şəbəkə fəalları isə bu hadisəyə görə məşqçini cəllad, amansız adlandırır, onun uşağa qarşı vəhşi davrandığını bildirir. Bəs, uşağı öldürən məşqçini hansı hökm gözləyir?
Tribunainfo.az araşdırıb ki, 126.3 maddəsi ilə məşqçini 7 ildən 12 ildək həbs gözləyir.



  •  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi