azia.az
azia.az

Rus diplomatların övladları məktəbdən belə qovuldu - FOTO/VİDEO

1-05-2023, 17:51

Azia.az media-Ötən gün səhər saatlarında Varşava hakimiyyəti polislərin müşayiəti ilə Rusiya səfirliyindəki məktəbin qapısını sındıraraq binaya daxil olub. 

 

Sfera.az bildirir ki, Rusiya səfirliyinin nümayəndələrinin sözlərinə görə, rus diplomatların övladlarının təhsil aldığı məktəbin əmlakının inventarlaşdırılmasına başlanılıb.

 

Təhsil müəssisəsinin əməkdaşları axşam saat yeddiyə qədər zəbt olunmuş binanı tərk etməli olublar.

 

 

 

Xatırladırıq ki, hələ mart ayında Polşa Varşavada Rusiya daşınmaz əmlakına həbs qoyulması prosesinə başlayıb. Bu proses çərçivəsində Rusiyanın Polşadakı səfirliyindəki məktəb binasının da alınması nəzərdə tutulub.

Varşava meri Rafal Trzaskovski öz Twitter hesabında qeyd edib ki, Rusiyanın Varşavadakı səfirliyindəki məktəb binası şəhərin mülkiyyətinə keçib və artıq bütün işçilər oradan çıxarılıb.


Sosial şəbəkələrdə isə övladları üçün nəzərdə tutulmuş məktəbdən qovulan rus diplomatların paltaryuyan maşın və qarmonu necə daşıdıqlarını əks etdirən video gündəm olub.


Mətbuatın verdiyi xəbərə görə, ruslar məktəb binasından çıxarkən məşhur sovet musiqi kompozisiyasını da işə salıblar ki, bu da evdən çıxarılma prosesini izləyən Polşa polisinin çaşqınlığına səbəb olub.

 

Xatırladaq ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ingilisdilli “Twitter” hesabında rusların Varşavadakı məktəbdən çıxarılmasına reaksiya olaraq “Bu ölkədə rusofoblar iqtidarda olduğu müddətcə Polşa ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin heç bir mənası yoxdur” yazıb.

 

Aynil



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi