azia.az
azia.az

Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

1-05-2023, 16:48


Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Fiziki - kimyəvi analiz şöbəsinin aparıcı еlmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Nazimhikmət BektaşiScience Publishing Group (SciencePG) nəşriyyatında dərc olunan Modern Chemistryjurnalının redaksiya heyətinin üzvü seçilib. 

SciencePG nəşriyyatıModern Chemistry jurnalı da daxil olmaqla müxtəlif akademik fənnləri əhatə edən 320-dən artıq açıq girişli jurnalı dərc edən müstəqil beynəlxalq nəşriyyatdır. 2013-cü ildən dərc olunan jurnal öz əhatə dairəsinə görə çox geniş olub, dünyanın 210-dan artıqölkəsində kimyanın bütün sahələrində çalışan tədqiqatçılar, alimlər və mühəndislər arasında sürətli ünsiyyət və əlaqələrin qurulmasına təşviq etmək məqsədi daşıyır.Müasir kimyanın nəzəri və praktiki tədqiqat nəticələrini bu sahədə fəaliyyət göstərəntədqiqatçılaraçatdıran jurnal elmin inkişafında əhəmiyyətlirol oynayır.

Qeyd edək ki, alim dünyanın aparıcı tədqiqatçılarından ibarət redaksiya heyətinin yeganə Azərbaycanlı üzvüdür. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi