azia.az
azia.az

Deputat; "...Mandatın alınmasına gətirib çıxaracaq heç bir əsas görmürəm."

27-04-2023, 00:23

Təxminən 1 ay öncə yaşadığı evin qarşısında terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa musavat.com-un suallarını cavablandırıb.

Vahid Əhmədovla bağlı hissəni təqdim edirik.

- Parlamentin İntizam Komissiyasına Vahid Əhmədovla bağlı tapşırıq verilib. Əhmədov məlum fikirlərinə görə deputat mandatından məhrum edilə bilərmi?

- Düşünürəm ki, hər hansı bir fikrin səslənməsi deputat mandatından məhrum olmağa gətirib çıxara bilməz. Məsələ İntizam Komissiyasına göndərilib və orada da müzakirə olunacaq. Milli Məclis demokratik ənənələri olan bir qurumdur. Orada müzakirə olunur, izahat alınır, fikirlər bir daha dəqiqləşdirilir. Ondan sonra qanunvericiliyə uyğun qaydada bir nəticə ortaya qoyulur. Əgər bunlar yoxdursa, hər hansı bir şəkildə mandatdan danışmaq yanlışdır. Burada mandatın alınmasına gətirib çıxaracaq heç bir əsas görmürəm. Ümid edirəm ki, İntizam Komissiyası normal müzakirələr keçirib qanunauyğun şəkildə, hansısa problem yaranmadan, obyektiv şəkildə öz qərarını verəcək. Hər halda ictimaiyyətə də bu barədə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi