azia.az
azia.az

Şoyqu müşavirini Qarabağa komandan GÖNDƏRDİ - YENİLƏNİB

26-04-2023, 08:47

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib. Məlumata görə, onu general-polkovnik Aleksandr Lentsov əvəz edib. 

Rusiya hakimiyyəti Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. 

Bildirilir ki,  hakimiyyət Volkovun işindən narazıdır və onu başqa bir şəxslə əvəzləyəcək. 

"Yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb", -  deyə KİV qeyd edib.  "Unikal"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi