azia.az
azia.az

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək

16-04-2023, 08:21


 

15 aprel 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı ilə bağlı hazırlıq məsələləri müzakirə edilmişdir.

 

Məlum olduğu kimi, 17 dekabr 2022-ci tarixində  Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirilmişdi. Forumda Bütöv Azərbaycan Ocaqları (BAO) "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin (BAKM) yaradılması təşəbbüsü ilə çıxış etmiş və forum iştirakçıları tərəfindən müsbət qarşılanmışdı.

 

22 aprel 2023-cü il tarixində saat 12:00-da 

 

"Astoria-Bakı" otelinin (Bakı şəh., Babək pros. 65 "B") konfrans salonunda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimi keçiriləcək. 

 

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin yaradılmasınında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan Türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir.

 

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin işində Azərbaycan Respublikasının Millət vəkilləri, ziyalılar, Azərbaycanın Güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

 

BAO-nun Mətbuat Xidməti.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi