azia.az
azia.az

Tələbələrə ikinci kursdan öz ixtisasları üzrə işləməyə İCAZƏ VERİLƏCƏK

16-04-2023, 08:01

Özbəkistanda universitet tələbələrinə ali məktəb rəhbərinin verdiyi arayış əsasında ikinci kursdan ixtisası üzrə asudə vaxtlarında işləməyə icazə verilə bilər.

KONKRET.az özbək mediasına istinadən xəbər verir ki, müvafiq sertifikat ali təhsil müəssisəsinin rektoru tərəfindən verilməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərar layihəsi ictimai müzakirəyə çıxarılıb.

Məlumata görə, tələbələrə yalnız ali təhsil müəssisəsində təhsil alarkən attestat əsasında ixtisasları üzrə işləməyə icazə veriləcək.

Layihəyə əsasən, iki ay müddətində Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə tapşırılıb ki, tələbələrə ixtisasları üzrə işləməyə imkan verən sertifikat nümunəsi hazırlanıb təsdiq edilsin.

İqbal Rzayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi