azia.az
azia.az

İkisi müğənni olmaqla 90 nəfəri dolandıran Maqsudun şikayətinə 11 apreldə baxılacaq

10-04-2023, 09:33

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 11-nə təyin edilib.

 

Şikayət Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib.

 

Qeyd: Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

 

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

 

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. Maqsud Mahmudov həmin müğənniləri şantaj edib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi