azia.az
azia.az

Biri polis olmaqla iki nəfər gecə saatlarında atışmada öldü-DƏHŞƏT

7-04-2023, 07:45

Qaziantepdə səbəbi hələlik məlum olmayan döyüşdə silah partlayıb.

Atışma nəticəsində biri polis əməkdaşı olmaqla iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

Qaziantepdə iki ailə arasında naməlum səbəbdən mübahisə düşüb. İnsident böyüyüb və tərəflər bir-birinə atəş açıb.

Qonşular hadisə ilə bağlı polisə məlumat verib.

Olay yeri polis əməkaşları və təcili yardım avtomobili sövq edilib.

Mehmet Ali Kuş (35) və Əli Çekiç (22) həyatını itirərkən, yaralılardan Saniye D. (45) və Hüseyn Ç. (44) şəhər xəstəxanasına çatdırılıb.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bölgədə özəl hərəkat polisi də olub.

Həyatını itirən şəxslərdən biri Kuşun Şahinbəy Rayon Polis Şöbəsində polis məmuru işlədiyi və məzuniyyətdə olduğu bildirilib.

32Gun.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi