azia.az
azia.az

Ermənistanda gecə vaxtı atışma: MTN əməkdaşı və hərbçi öldürüldü

20-06-2022, 07:59


Ermənistanın Araqasotn rayonunda atışma olub. Bu barədə "Report" "NEWS.am”a istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.
Ermənistanda gecə vaxtı atışma: MTN əməkdaşı və hərbçi öldürüldü
Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir.

Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Hüquq-mühafizə orqanlarından qeyd edilib ki, atışma Rusiyadaxili məsələ ilə bağlı olub. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.

Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi