azia.az
azia.az

Nazir şirkətin yalanının üstünü açıb-AZALDA...

6-04-2023, 19:25

Deputatdan Rəşad Nəbiyevin açıqlamasına reaksiya

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin "Azərbaycan Hava Yolları (AZAL) ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədir” açıqlaması ciddi müzakirəyə səbəb olub. Bildirilir ki, əlbəttə, AZAL-ın gəliri 1 milyarddan çox olacaq, çünki şirkət bu gəliri baha satdığı biletlərin hesabına əldə edir. Eyni zamanda qeyd olunur ki, daha əvvəl AZAL-ın xərclərini qarşılaya bilməməsi ilə bağlı xəbərlər yayılırdı, indi isə belə çıxır, nazir şirkətin yalanının üstünü açıb.

 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Rüfət Quliyev isə düşünür ki, rəqəmsal və inkişaf nazirinin açıqladığı rəqəm ciddi maliyyə nəzarətindən sonra son illərdə yaranan müsbət maliyyə rəqəmidir.

 

“Düzdür, AZAL bir çox uğurlu layihələr həyata keçirib. Həqiqətən, sərnişin aviasiyasında bir brend kimi tanınıb. İndi də qiymət siyasətinə əl gəzdirməyin, qiymətləri düşünülmüş formada aşağı salıb, insanlar üçün rahat uçuşlar təmin etməyin vaxtı gəlib”, - deputat bildirib.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi