azia.az
azia.az

ETSN-nin əməkdaşlarının Qətərdən Azərbaycana gələn qonaqlar ilə birgə "Qırmızı Kitab"a düşən quşları təbiətə buraxması müzakirələrə səbəb oldu - FOTO

3-04-2023, 09:11


Azia.az media-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ETSN-nin əməkdaşlarının Qətər Dövlətindən Azərbaycana gələn qonaqlar ilə birgə "Qırmızı Kitab"a düşən şahin quşlarını təbiətə buraxması müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, nəsli kəsilən quşları ovlayan daha çox ərəb turistlər olur.

 

Nazirlik də qanunsuz ova icazə verməsinə görə tənqid edilib. Qeyd olunub ki, mətbuatda və sosial mediada bununla bağlı xeyli fakt var.

 

Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə adı "Qırmızı Kitab"a düşən şahin quşlarının Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib. Qətər dövləti tərəfindən təqdim olunmuş 50 ədəd şahin quşu təbii areallarına buraxılıb və tədbir Azərbaycanda "Qırmızı Kitab"a düşən və sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Bakı ofisinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov və Qətər Dövlətindən ölkəmizə gələn qonaqlar iştirak edib.

 

Nadir


 Fotoları təqdim edirik


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi