azia.az
azia.az

İranla sərhəddə atışmada 4 əsgər öldü-TƏCİLİ

1-04-2023, 23:10

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb. Oxu24.com  "Aljazeera"ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.


Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib

"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.
Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd olunub.

Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.

 

Miri Məcidli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi