NATO-da bunlara “TikTok”dan istifadə qadağan olundu
NATO təhlükəsizlik səbəbi ilə işçilərinə “TikTok” sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.
Bu barədə NATO nümayəndələrinə istinadən CNN məlumat yayıb.
“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. “TikTok” NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil”, - alyansın yüksək səviyyəli rəsmisi telekanala bildirib.
Qeyd olunub ki, artıq NATO rəhbərliyi səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubla qadağa rəsmiləşib.